Tanınmış futbolçunun evi ikinci dəfə qarət olundu
13.12.2021 - 11:13
PSV-nin futbolçusu Eran Zahavi növbəti dəfə şok olayla üzləşib.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçunun evi yenə qarət olunub.
Bu dəfə israilli forvardın ailəsi evdə olmadığı zaman soyğunçular evə giriblər. Hadisəni təsdiqləyən Amsterdam polisi şübhəlilərin axtarışına başlanıldığını vurğulayıb.
Qeyd edək ki, bu ilin mayında Eran Zahavinin evinə oğrular girmiş, həyat yoldaşı və övladlarını girov götürmüşdülər.
0
0