Tarixdə 6-cı
16.05.2022 - 08:57
“İnter” İtaliya A seriyasının XXXVII turunda “Kalyari” üzərində 3:1 hesablı səfər qələbəsi qazanıb.
Apasport.az saytının məlumatına görə, Milan təmsilçisinin iki qoluna Lautaro Martines imza atıb.
Argentinalı hücumçu bununla da mövsümdəki qollarının sayını 21-ə çatdırıb. Lautaro “İnter”in tarixində 25 yaşadək olan və ən azı 20 qol vuran 6-cı oyunçu kimi düşüb. Onadək belə uğura Cüzeppe Meatsa, Sandro Matsola, Anstonio Ancelillo, Ronaldo və Mauro İkardi nail olub.
Qeyd edək ki, Martines cari mövsüm A seriyasında 34 matç keçirib.
0
0