Artıq tarixin yaddaşına köçən 2021-ci il dünya idmanına da öz damğasını vurub.
Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyasının həyatın bütün sahələri kimi idmanı da iflic etdiyi 2020-ci ilin ardınca gələn il zəngin alınıb.
İlin bir sıra hadisələri isə tarixə düşüb. 2021-ci ilin ən yaddaqalan idman hadisələrini təqdim edirik:
Tarixi Olimpiada: Olimpiya Oyunlarının 125 illik tarixinə təxirə salınan ilk yarış kimi düşən Tokio-2020 koronavirus pandemiyası üzündən ötən il deyil, bu il baş tutub.
İtaliya və Messinin zəfəri: İlin ən böyük futbol hadisələri koronavirus pandemiyası üzündən təxirə salınan və bu il baş tutan AVRO-2020 və Amerika kuboku müvafiq olaraq İtaliya ilə Lionel Messili Argentinanın çempionluğu ilə başa çatıb.
Hamiltonu dayandırdılar: “Formula-1”in gərgin finişi Lüis Hamiltonun çempionluq seriyasının Maks Ferstappen tərəfindən qırılması ilə nəticələnib.
Qalmaqallı “Qızıl top”: Lionel Messinin “Qızıl top” qazanması mükafatın tarixinə ən qalmaqallı və ən çox narazılığın yaranması ilə nəticələnib.
UEFA şokda: Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması UEFA tədbirləri üçün görünməmiş texniki səhvlə yadda qalıb və təkrar keçirilib.
Yatırılan qiyam: Avropanın 12 nəhəng klubu UEFA bayrağı altında keçirilən yarışlara alternativ Superliqa təsis etsələr də, qiyamçıların layihəsi fiaskoya uğrayıb.
FİFA-dan absurd ideya: FİFA dünya çempionatlarının 4 deyil, 2 ildən bir keçirilməsi ideyasını gündəmə gətirməklə layihəyə çoxsaylı əleyhdarlar toplayıb.