Tarixin ikincisi
23.12.2021 - 09:59
Tarixin ikincisi

“Milan” A seriyasında bir il ərzində qazanılan səfər qələbələrinin sayında ikinci göstəriciyə imza atıb.

Apasport.az saytının məlumatına görə, Silvio Piolinin yetirmələri bu il rəqib meydanında 17 dəfə qalib gəlib.

A seriyası tarixində yalnız bir komanda ili daha çox qələbə ilə başa vurub. Bu rekord “Napoli”yə məxsusdur.

Neapollular bir ildə 18 səfər matçında üç xal qazanıb. Bu nəticə 2017-ci ildə qeydə alınıb. 

Qeyd edək ki, “Milan” ilin son matçında “Empoli”ni 4:2 hesabı ilə məğlub edib.