Almaniya Bundesliqası tarixində meydana çıxan ən gənc futbolçuların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bu günlərdə siyahıda dəyişiklik olub.
XVIII turda “Bavariya” və “Leypsiq”in meydana buraxdığı Pol Vannerlə Sidney Ribiger Bundesliqa tarixinin müvafiq olaraq ən gənc 2-3-cü futbolçusuna çevrilib. Xüsusən də, “Bavariya”lının rekordu yeniləmək üçün cəmi 14 günü çatmayıb. Rekord isə Dortmund “Borussiya”sının hücumçusu Yussufa Mukokoya məxsusdur.
Maraqlıdır ki, Azərbaycan Premyer Liqasında cari mövsüm meydana çıxan ən gənc futbolçu “Keşlə”nin yarımmüdafiəçisi Qurban Səfərovdur. 2004-cü il təvəllüdlü olan Səfərov ötən il noyabrın 27-də XII turda “Sabah”la (1:2) keçirilən qarşılaşmanın son 16 dəqiqəsində meydanda olub. Yəni Qurban 17 yaş 2 ay 22 günlüyündə Premyer Liqamızda debüt edib.
1. Yussufa Mukoko (“Borussiya”, Dortmund) - 16 yaş 1 gün
2. Pol Vanner (“Bavariya”) - 16 yaş 15 gün
3. Sidney Ribiger (“Leypsiq”) - 16 yaş 8 ay 22 gün
4. Zidan Sertdemir (“Bayer”) - 16 yaş 9 ay 3 gün
5. İker Bravo (“Bayer”) - 16 yaş 9 ay 25 gün
6. Nuri Şahin (“Borussiya”, Dortmund) - 16 yaş 11 ay 1 gün
7. Yann Aurel Bissek (“Köln”) - 16 yaş 11 ay 28 gün