Tellur Mütəllimov millinin toplanışından kənarlaşdırıldı
12.11.2021 - 23:02
Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda noyabrın 11-də keçirilmiş Azərbaycan - Lüksemburq oyununda qırmızı vərəqə ilə cəzalandırılan Tellur Mütəllimov milli komandanın düşərgəsindən kənarlaşdırılıb.
Yığmamız noyabrın 14-də Bakı Olimpiya Stadionunda Qətərlə beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma saat 21:00-da başlayacaq.
0
0