Bir neçə il əvvəl dünya futbolunun ulduzları sırasında göstərilən bəzi futbolçuların indi varlığı ilə yoxluğu hiss olunmur.
Apasport.az saytının məlumatına görə, ötənlərin məşhur simalarının bir çoxu yaşı ötdükcə ikinci dərəcəli futbolçuya çevrilib.
Ancaq elələri də var ki, əksəriyyət onların hətta karyeralarını bitirdiyini düşünür. Təqaüdə çıxdığı zənn edilən, lakin gözdən-qulaqdan uzaq karyerasını davam etdirən 10 tanınmış oyunçu seçilib. Maraqlıdır ki, onlar arasında yolu Azərbaycandan keçən də var. Bu, ötən mövsümün son 3 ayını “Neftçi”də keçirən və komandanın çempionluğuna töhfə verən yaponiyalı Keysuke Hondadır. O, karyerasını Litvada davam etdirir.
Təqaüdə çıxdığı düşünülən 10 məşhur futbolçu hazırda bu klublarda çıxış edir:
Qael Klişi (“Servett”, İsveçrə)
Martin Şkrtel (“Spartak”, Trnava, Slovakiya)
Musa Dembele (“Quançjou Siti”, Çin)
Keysuke Honda (“Suduva”, Litva)
Rikardo Kuarejma (“Gimaraeş”, Portuqaliya)
Con Obi Mikel (“Əl-Küveyt”, Küveyt)
Bredli Rayt-Fillips (“Kolambus Kryu”, ABŞ)
Cek Roduell (“Uestern Sidney Uonderers”, Avstraliya)
Xavyer Pastore (“Elçe”, İspaniya)
Rafinya (“Qremio”, Braziliya)