2021-ci ildə transfer dəyəri ən çox artan futbolçuların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, araşdırma zamanı oyunçuların yanvarın 1-də və dekabrın 31-də transfer qiyməti müqayisə edilib.
Siyahıya iki futbolçu başçılıq edir. Dortmund “Borussiya”sının hücumçusu Elinq Haland və “Barselona”nın yarımmüdafiəçisi Pedrinin il ərzində transfer dəyəri 50 milyon avro artıb.
1-2. Erling Haland
Klubu: “Borussiya”, Dortmund
Ölkəsi: Norveç
Yaşı: 21
Mövqeyi: Hücumçu
2021-ci ilin əvvəlində transfer dəyəri: 100 milyon avro
2021-ci ilin sonunda transfer dəyəri: 150 milyon avro
Transfer dəyərində artım: 50 milyon avro
Pedri
Klubu: “Barselona”
Ölkəsi: İspaniya
Yaşı: 19
Mövqeyi: Yarımmüdafiəçi
2021-ci ilin əvvəlində transfer dəyəri: 30 milyon
2021-ci ilin sonunda transfer dəyəri: 80 milyon
Transfer dəyərində artım: 50 milyon
3. Cud Bellingem
Klubu: “Borussiya”, Dortmund
Ölkəsi: İngiltərə
Yaşı: 18
Mövqeyi: Yarımmüdafiəçi
2021-ci ilin əvvəlində transfer dəyəri: 27 milyon
2021-ci ilin sonunda transfer dəyəri: 75 milyon
Transfer dəyərində artım: 48 milyon
4. Florian Virts
Klubu: “Bayer”
Ölkəsi: Almaniya
Yaşı: 18
Mövqeyi: Yarımmüdafiəçi
2021-ci ilin əvvəlində transfer dəyəri: 24 milyon
2021-ci ilin sonunda transfer dəyəri: 70 milyon
Transfer dəyərində artım: 46 milyon
5. Camal Musiala
Klubu: “Bavariya”
Ölkəsi: Almaniya
Yaşı: 18
Mövqeyi: Yarımmüdafiəçi
2021-ci ilin əvvəlində transfer dəyəri: 10 milyon
2021-ci ilin sonunda transfer dəyəri: 55 milyon
Transfer dəyərində artım: 45 milyon
6. Emil Smit Roue
Klubu: “Arsenal”
Ölkəsi: İngiltərə
Yaşı: 21
Mövqeyi: Yarımmüdafiəçi
2021-ci ilin əvvəlində transfer dəyəri: 2,7 milyon
2021-ci ilin sonunda transfer dəyəri: 38 milyon
Transfer dəyərində artım: 35,3 milyon
7. Markos Lyorente
Klubu: “Atletiko”
Ölkəsi: İspaniya
Yaşı: 26
Mövqeyi: Yarımmüdafiəçi
2021-ci ilin əvvəlində transfer dəyəri: 45 milyon
2021-ci ilin sonunda transfer dəyəri: 80 milyon
Transfer dəyərində artım: 35 milyon
8. Duşan Vlahoviç
Klubu: “Fiorentina”
Ölkəsi: Serbiya
Yaşı: 21
Mövqeyi: Hücumçu
2021-ci ilin əvvəlində transfer dəyəri: 16 milyon
2021-ci ilin sonunda transfer dəyəri: 50 milyon
Transfer dəyərində artım: 34 milyon
9-10. Cek Qriliş
Klubu: “Mançester Siti”
Ölkəsi: İngiltərə
Yaşı: 26
Mövqeyi: Yarımmüdafiəçi
2021-ci ilin əvvəlində transfer dəyəri: 50 milyon
2021-ci ilin sonunda transfer dəyəri: 80 milyon
Transfer dəyərində artım: 30 milyon
Meyson Mount
Klubu: “Çelsi”
Ölkəsi: İngiltərə
Yaşı: 22
Mövqeyi: Yarımmüdafiəçi
2021-ci ilin əvvəlində transfer dəyəri: 45 milyon
2021-ci ilin sonunda transfer dəyəri: 75 milyon
Transfer dəyərində artım: 30 milyon