Transfer pəncərəsi açıldı – Azərbaycanda
10.01.2022 - 00:01
Transfer pəncərəsi açıldı – Azərbaycanda

Bu gün Azərbaycanda 2021/22 mövsümünün qış transfer pəncərəsi açılır.

Apasport.az saytının məlumatına görə, yeni ilin 10-cu günündən başlayaraq klublar öz yeni futbolçularını qeydiyyatdan keçirə bilər.

Transfer pəncərəsi 31 gün davam edəcək. Keçidlərin qeydiyyatı üçün son tarix fevralın 9-u olacaq.

Qeyd edək ki, yay transfer pəncərəsi ötən il iyunun 10-dan sentyabrın 1-dək davam edib.