Transferlərə 80 milyon
17.05.2022 - 13:36
“Tottenhem” iki futbolçunu transfer edəcək.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu icarəyə götürdüyü Kristian Romero və Deyan Kuluşevskini almaq qərarına gəlib.
Bu iki oyunçunun transfer hüququ üçün 80 milyon avro ödəniləcək. 24 yaşlı Romero “Atalanta”ya məxsusdur. Argentinalı müdafiəçinin icarə müddəti 2023-cü ilin yayında başa çatsa da, “Tottenhem” indidən keçidi həll etməyi məqsədəuyğun sayıb.
22 yaşlı yarımmüdafiəçi isə “Yuventus”a məxsusdur. İsveçlinin də icarə müddəti növbəti mövsümün sonunda başa çatmalıdır.
0
0