Traoreyə iki müştəri
04.01.2022 - 00:00
“Vulverhempton”un futbolçusu Adama Traore qış transfer pəncərəsində komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, vingerin xidmətində “Tottenhem”lə “Vest Hem” maraqlıdır.
“Canavarlar”ın baş məşqçisi Bruno Laqe 25 yaşlı oyunçunun satılmasına razılıq verib. O, üç yeni futbolçunun transfer edilməsi üçün bu satışdan əldə olunacaq vəsaiti zəruri sayır.
“Vulverhempton” Traorenin keçidindən 20 milyon funt sterlinq əldə etməyi planlaşdırır. Adama bir müddət əvvəl “Real”ın da transfer siyahısına düşmüşdü.
0
0