“Fənərbaxça” Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Lövü komandanın sükanı arxasına gətirmək cəhdlərini davam etdirir.
Apasport.az saytının məlumatına görə, 61 yaşlı mütəxəssis İstanbul klubunun ilk seçimi olaraq qalır
“Sarı-lacivərdlilər” Lövü baş məşqçi postuna gəlməyə razı salmağa çalışır. Almaniyalı çalışdırıcıya 2024-cü ilin yayına qədər nəzərdə tutulan - yəni 2,5 illik müqavilə təklif olunub. Təcrübəli mütəxəssisin Almaniya Bundesliqasından da iki təklifinin olduğu bildirilir.
Qeyd edək ki, Yoahim Lövün son iş yeri 2006-2021-ci illərdə çalışdırdığı Almaniya millisi olub. Onun rəhbərliyi altında komanda 2014-cü il dünya çempionatının və 2017-ci ildə Konfederasiyalar Kubokunun qalibi olub.