Türkiyə nəhənglərinin Biliç mübarizəsi
14.12.2021 - 22:46
Türkiyə nəhənglərinin Biliç mübarizəsi

“Beşiktaş”ın sabiq baş məşqçisi Slaven Biliç karyerasını yenidən Türkiyədə davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, qardaş ölkənin iki nəhəng klubu xorvatiyalı mütəxəssisin xidmətində maraqlıdır.

Əzəli rəqiblər “Fənərbaxça” və “Beşiktaş” baş məşqçi postunu hazırda Çinin “Beyçzin Qoan” klubunu çalışdıran 53 yaşlı Biliçə tapşırmağı planlaşdırır. “Ağ-qaralar” Sərgən Yalçının istefasından sonra axtarışlarını davam etdirirsə, “sarı-lacivərdlilər” ən geci qış fasiləsində Vitor Pereyra ilə yollarını ayıracaq.

Biliçin bu iki klubdan birinin sükanı arxasına keçməsi gözlənilir. Xorvatiyalı keçmiş komandasına yox, “Fənərbaxça”ya üstünlük verməyi nəzərdən keçirir.

Qeyd edək ki, Slaven Biliç 2013-2015-ci illərdə “Beşiktaş”a rəhbərlik edib.