Təxirə salınmış oyunun keçiriləcəyi vaxt müəyyənləşdi
06.05.2022 - 11:27
Təxirə salınmış oyunun keçiriləcəyi vaxt müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XVI turdan təxirə salınmış görüşün keçiriləcəyi vaxt və stadion müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”la “Sumqayıt” arasında matç “Azersun Arena”da təşkil olunacaq.

Mayın 12-dəki qarşılaşma saat 19:00-da başlayacaq. Görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
XVI turdan təxirə salınan oyun
12 may (cümə axşamı)
19:00. “Qarabağ” – “Sumqayıt”

“Azersun Arena”