U-17-nin rəqibləri bəlli oldu
08.12.2021 - 14:16
17 yaşadək futbolçular arasında Avropa çempionatının püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin də rəqibləri bəlli olub.
Yığmamız 2022/23 mövsümündə 2-ci qrupda mübarizə aparacaq. Yığmamızın rəqibləri Bosniya və Herseqovina, Ukrayna, Lixtenşteyn olacaq.
Qeyd edək ki, 13 qrupun hərəsində ilk iki yeri tutan komandalar, həmçinin dörd ən yaxşı üçüncü yer sahibi növbəti mərhələyə yüksələcək.
0
0