UEFA “Qarabağ”ın rəqiblərini azaltdı
04.05.2022 - 12:25
UEFA “Qarabağ”ın rəqiblərini azaltdı

Rusiya klublarının avrokuboklardan, o cümlədən Çempionlar Liqasından kənarlaşdırılması və “Vilyarreal”ın bu yarışda iştirak hüququ qazanmaması “Qarabağ”ın mübarizə aparacağı I təsnifat mərhələsinə də təsir edib.

Apasport.az saytının məlumatına görə, UEFA bu raunddakı komanda sayını 34-dən 30-a azaldıb.

Bu da o deməkdir ki, Azərbaycan çempionunun mümkün rəqiblərinin sayı 15-ə enib. Yəni 15 klub səpələnmiş, 15-i isə səpələnməmiş olacaq.

Öncədən bu raundda iştirakı gözlənilən 4 komanda isə yarışa II təsnifat mərhələsindən başlayacaq. Bunlar “Sürix” (İsveçrə), Yunanıstan, Xorvatiya və İsrail çempionlarıdır. Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su Xorvatiyada çempionluğa yaxın olduğundan qazananlardan biri ola bilər. Bu çempionlardan üçü püşkdə səpələnmiş olacaqdısa, “Sürix” səpələnməmişlərlərdən biri idi və “Qarabağ”a mümkün rəqib sayılırdı. Lakin onların hamısı növbəti raunda yüksəlib.

“Zəiflər” səbətində qalan 15 komandadan biri – Ermənistan çempionu “Qarabağ”la düşə bilməz. Digər mümkün 14 rəqibdən biri ilkin mərhələnin qalibi olacaq. Mümkün rəqiblərdən 9-u dəqiqləşibsə, 3 ölkə təmsilçisi də yer alacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər

“Qarabağ” (Azərbaycan)
“Malmö” (İsveç)
“Lüdoqorets” (Bolqarıstan)
“Şerif” (Moldova)
“Bodo Qlimt” (Norveç)
“Ferensvaroş” (Macarıstan)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
TNS (Uels)
“Jalgiris” (Litva)
Rumıniya çempionu
“Linkoln” (Cəbəllütariq)
“Şemrok Rovers” (İrlandiya)

Səpələnməmiş
“Şaxtyor” (Belarus)
“Sutyeska” (Monteneqro)
“Klasksvik” (Farer adaları)
“Hibernians” (Malta)
“Tobol” (Qazaxıstan)
“Şkupi” (Şimali Makedoniya)
Ermənistan çempionu 
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
Polşa çempionu
Albaniya çempionu
Kosovo çempionu
İlkin mərhələnin qalibi

Qeyri-müəyyənlər
“Zrinski” (Bosniya və Herseqovina)
“Linfild” (Şimali İrlandiya)
Sloveniya çempionu
Lüksemburq çempionu