UEFA Konfrans Liqasında çıxış edən klubların hücumçuları ilə bağlı sorğu keçirir.
Apasport.az saytının məlumatına görə, UEFA Konfrans Liqasının rəsmi tvitter səhifəsində bu turnirdə çıxış edən forvardlardan ötən həftəsonu ölkə çempionatını məhsuldar keçirənlər fərqləndirilib.
Dörd oyunçunun yer aldığı sorğuda “Qarabağ”ın forvardı İbrahima Vadji də var. Azərbaycan Premyer Liqasının XIII turunda “Sabah” üzərində 5:1 hesablı qələbəyə dublla töhfə verən Vadji ən təsiredicilərdən sayılır.

UEFA “Həftəsonu hansı hücumçu sizi daha çox təsirləndirdi”, - sualı ilə azarkeşlərə müraciət edib ki, digər iddialılar Yesper Karlsson (“Alkmaar”), Brayan Linssen (“Feyenoord”) və Martin Teryedir (“Renn”). Adıçəkilən forvardlardan üçü daxili birincilikdə turu dublla tamamlayıbsa, Terye het-trik müəllifi olub.
Qeyd edək ki, İbrahima Vadji Konfrans Liqasının qrup mərhələsində cəmi 1 qol vurub.