UEFA-dan “Qalatasaray” – “Lokomotiv” oyunu ilə bağlı qərar
12.11.2021 - 16:50
Avropa Liqasında qrup mərhələsinin IV turunun “Qalatasaray” – “Lokomotiv” (Moskva) oyunu ilə bağlı UEFA qərarını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu Türkiyə klubunun şikayətini rədd edib.
“Sarı-qırmızılılar” qayda səhvinə görə, rusiyalılara texniki məğlubiyyət verilməsini istəsə də, UEFA bununla razılaşmayıb.
Qeyd edək ki, isveçrəli baş hakim Sandro Şerer 1:1 hesabı ilə başa çatan İstanbuldakı qarşılaşmada “Lokomotiv”in futbolçusu Dmitri Jivoqlyadova iki dəfə sarı vərəqə göstərsə də, onu meydandan qovmayıb.
0
0