UEFA-dan “Qarabağ”ın seriyası ilə bağlı paylaşım
06.12.2021 - 14:46
UEFA-dan “Qarabağ”ın seriyası ilə bağlı paylaşım

UEFA “Qarabağ”la bağlı növbəti paylaşımını edib.

Apasport.az saytının məlumatına görə, qitə UEFA Konfrans Liqasının rəsmi tvitter səhifəsində Ağdam klubunun cari mövsümdəki uğurlu çıxışı qeyd olunub.

“Qarabağ” forması = heyranlıq” emojisi ilə dərc olunan yazıda Azərbaycan təmsilçisinin Premyer Liqanın XIII turunda “Sabah” üzərindəki 5:1 hesablı qələbədən sonra yenilməzliyindən bəhs edilib: “Onlar ötən həftəsonu çempionatda növbəti qələbələrini qazanaraq, son 25 matçda cəmi 1 məğlubiyyət seriyasını davam etdirdilər”.

Qeyd edək ki, “Qarabağ” bu mövsüm yeganə məğlubiyyətini ölkə çempionatında “Səbail”dən alıb. Ağdam təmsilçisi oktyabrın 9-da Konfrans Liqasının qrup mərhələsinin son turunda “Bazel”in qonağı olacaq.