UEFA-dan “Qarabağ”la bağlı paylaşım - Ən sevimli futbolçular...
25.12.2021 - 10:00
UEFA-dan “Qarabağ”la bağlı paylaşım - Ən sevimli futbolçular...

UEFA “Qarabağ”la bağlı növbəti paylaşımını edib.

Apasport.az saytının məlumatına görə, qurum Konfrans Liqasının tvitter səhifəsi vasitəsilə azarkeşlərlə sorğu keçirib.

Paylaşımda “Qarabağ”da indiyə qədər oynamış sevimli ulduz”, - sualı ilə futbolsevərlərə müraciət olunub. Sorğuda iştirak edənlərin çoxu hazırda Ağdam klubunun formasını geyinən Abdullah Zubirin adını qeyd edib. Həmçinin Pedro Enrike, Müşfiq Hüseynov, Dino Ndlovu, Reynaldo, Rəşad Sadıqov, Riçard Almeyda, Kadi Borqes və Əfran İsmayılovu fərqləndirənlər də var.

Qeyd edək ki, Konfrans Liqasında qrupu ikinci pillədə tamamlayan “Qarabağ” gələn ilin fevralında pley-off mərhələsində Fransa klubu “Marsel”lə qarşılaşacaq.