UEFA-dan hakimlərə çağırış: Sərt olun
10.02.2022 - 17:29
UEFA-dan hakimlərə çağırış: Sərt olun

UEFA-nın təşkil etdiyi kurslardakı əsas tövsiyələr bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu qurumun Hakimlər Komitəsinin sədri Roberto Rozetti açıqlayıb.

O bildirib ki, kurslar zamanı hakimlərə bəzi epizodlarda daha sərt olmaqla bağlı çağırış edilib. UEFA hakimlərdən simulyasiya, follara reaksiyanın şişirdilməsi, rəqib üçün hakimdən vərəqə istəmək üçün futbolçulara sərt cəza tətbiq olunmasını istəyir.

Ədalət təmsilçilərinə onları əhatəyə alan və fikrindən daşındırmağa çalışan futbolçulara qarşı da sərt addımlar atmaq tapşırığı verilib.