UEFA-nın “Qarabağ”la bağlı növbəti paylaşımı: xoş olmayan xatırlatma
08.12.2021 - 09:40
UEFA-nın “Qarabağ”la bağlı növbəti paylaşımı: xoş olmayan xatırlatma

UEFA “Qarabağ”la bağlı daha bir paylaşım edib.

Apasport.az saytının məlumatına görə, UEFA Konfrans Liqasının tvitter səhifəsi qrup mərhələsinin V turunda “Omoniya” ilə matçda təmsilçimizi qələbədən məhrum edən qolu xatırladıb.

Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmanın 88-ci dəqiqəsində önə keçən Ağdam təmsilçisi qapıçı Şahruddin Məhəmmədəliyevin kobud səhvi nəticəsində 90-cı dəqiqədə Xordi Qomesin meydanın mərkəzindən vurduğu topa məyus olub. Qitə futbol qurumunun paylaşımında “Xordi Qomes bunu 90-cı dəqiqədə edib”, - yazılıb.

Qeyd edək ki, “Omoniya” ilə qollu bərabərlik (2:2) “Qarabağ”ın son tur öncəsi liderliyi əldən verməsinə səbəb olub. Azərbaycan klubu sabah İsveçrədə lider “Bazel”in qonağı olacaq.