UEFA-nın sabiq prezidenti: “Messi zəifləyib”
08.01.2022 - 10:48
UEFA-nın sabiq prezidenti: “Messi zəifləyib”

UEFA-nın sabiq prezidenti Mişel Platini PSJ-nin hücumçusu Lionel Messinin hazırkı durumunu dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin əfsanəvi futbolçusu argentinalının əvvəlki formasından uzaq olduğunu düşünür.

Onun sözlərinə görə, Messinin oyununda eniş var: “Messi bir az zəifləyib. Onun oyununa baxanda bunu görürsən. O, bir neçə il əvvəlki Messi deyil. Kriştiano Ronaldonun “Yuventus”a, Messinin isə PSJ-də keçidini görəndə heyrətləndim. Mən 32 yaşımda futboldan getdim, onlar isə başqa klubda oynamaq qərarına gəldilər”.

Qeyd edək ki, Mişel Platini futbolçu karyerasında “Nansi”, “Sent-Etyenn” və “Yuventus”un formasını geyinib.