UEFA prezidenti “Dağıdıcılar” sırasında
09.12.2021 - 15:35
UEFA prezidenti “Dağıdıcılar” sırasında

Avropanın ən nüfuzlu 28 simasının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Politico” jurnalının siyahısında UEFA-nın prezidenti Aleksander Çeferin də yer alıb.

Sloveniyalı funksioner “Dağıdıcılar” kateqoriyasında fərqlənib. O, bu siyahıda 7-ci olub. Böyük ehtimalla Çeferinin “dağıdıcı” bacarığı UEFA bayrağı altında olmayan Superliqa layihəsinə qarşı mübarizədə üzə çıxıb.

Qeyd edək ki, reytinq “Xadimlər”, “Xəyalpərəstər” və “Dağıdıcılar” kateqoriyaları üzrə təşkil olunub.