Uğurlu və uğursuz yerlilərin “11-liy”i – “Qəbələ” ofsaydda
10.01.2022 - 17:01
Uğurlu və uğursuz yerlilərin “11-liy”i – “Qəbələ” ofsaydda

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının ən uğurlu və uğursuz yerli statusda olan futbolçulardan ibarət simvolik “11-liy”i müəyyənləşib.

Apasport.az saytının tərtib etdiyi rəmzi komandaya milliləşən oyunçular da düşüb.

Uğurlulardan ibarət komandada lider “Qarabağ” və ən yaxın izləyicisi “Qəbələ” hərəyə 4 oyunçu ilə təmsil olunub. “Neftçi”, “Zirə” və “Sabah”ın isə 1 üzvü özünə yer edə bilib.

Uğursuzlara gəlincə, burada 8 elita təmsilçisindən 7-nin oyunçusu yer alıb. Yalnız “Qəbələ”də ümidləri doğrultmayan yerli olmayıb.

İlk yarının ən uğurlu heyəti 4-4-2, uğursuzları isə 4-3-3 sisteminə uyğun qurulub.

O ki qaldı mütəxəssislərə, çempionatın aşkar favoriti “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ən uğurlu heyətin, ilk 7 turda “Sabah”ı çalışdıran Ramin Quliyev isə uğursuz heyətin sükanı arxasında olmağa layiqdir.

Ən uğurlu “11-lik”:
Qapıçı:
Nicat Mehbalıyev ("Qəbələ");
Müdafiəçilər: Toral Bayramov, Abbas Hüseynov (hər ikisi “Qarabağ”), Qismət Alıyev (“Zirə”), Urfan Abbasov (“Qəbələ”);
Yarımmüdafiəçilər: Filip Ozobiç (“Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Rövlan Muradov (“Qəbələ”), Elvin Camalov (“Sabah”);
Hücumçular: Musa Qurbanlı (“Qarabağ”), Ülvi İsgəndərov (“Qəbələ”);
Baş məşqçi: Qurban Qurbanov

Ən uğursuz “11-lik”:
Qapıçı:
Anar Nəzirov (“Zirə”);
Müdafiəçilər: Vurğun Hüseynov (“Sumqayıt”), Slavik Alxasov (“Sabah”), Tural Axundov (“Keşlə”), Şəhriyar Rəhimov (“Səbail”);
Yarımmüdafiəçilər: İsmayıl İbrahimli (“Qarabağ”), Xəyal Nəcəfov (“Neftçi”); Əfran İsmayılov (“Səbail”);
Hücumçular: Mirabdulla Abbasov (“Neftçi”), Əli Qurbani (“Sumqayıt”), Amil Yunanov (“Keşlə”);
Baş məşqçi: Ramin Quliyev (“Sabah”).