Uğursuz "11-lik" – Ramin Quliyev və "komandası"
27.12.2021 - 13:37
Uğursuz "11-lik" – Ramin Quliyev və "komandası"

Apasport.az saytı mövsümün ilk yarısının “ən”ləri ilə bağlı versiyalarını oxucularla bölüşməkdə davam edir.

Bu dəfə geridə qalan 14 tura əsasən ən uğursuz rəmzi “11-liy”i seçməyə çalışdıq.

Siyahıda “Neftçi”nin futbolçularının çoxluq təşkil etməsi normal sayılmalıdır. Çünki son çempion bu mövsüm uğursuz çıxışla diqqət çəkir.

Ümumiyyətlə, Premyer Liqamızda ötən mövsüm müntəzəm oynayıb, bu dəfə ümidləri doğrultmayan oyunçu kifayət qədərdir. Bu səbəbdən seçim etmək o qədər də asan olmadı.

Yalnız “Qəbələ” və “Səbail”dən heç kim uğursuzlar sırasında yer almadı. “Qırmızı-qaralar”da üzdə olan oyunçular onlardan gözləniləni artıqlaması ilə etdilərsə, “Səbail”də heç kimə böyük ümidlər bəslənilmirdi.

3-4-3 sxeminə uyğun qurulan simvolik komandanın baş məşqçiliyinə ilk 7 turda “Sabah”ı çalışdıran Ramin Quliyev yaraşardı.

İlk yarının ən uğursuz “11-liy”i:
Qapıçı: Anar Nəzirov (“Zirə”);
Müdafiəçilər: Mamadu Mbodj (“Neftçi”), Vurğun Hüseynov (“Sumqayıt”), Miyuşko Boyoviç (“Keşlə”);
Yarımmüdafiəçilər: Qaspar Panadero, İsmayıl İbrahimli (hər ikisi “Qarabağ”), Harramiz Soareş, Xəyal Nəcəfov (hər ikisi “Neftçi”);
Hücumçular: Mirabdulla Abbasov (“Neftçi”), Xulio Sezar Rodriges, Mixeil Erqemlidze (hər ikisi “Sabah”);
Baş məşqçi: Ramin Quliyev (“Sabah”).

Qeyd edək ki, “Apasport” bir neçə gün əvvəl Premyer Liqada ilk yarının ən yaxşı futbolçularından ibarət simvolik komandanı tərtib edib.