Ulduz futbolçu mövsümü bitirdi?
19.02.2022 - 15:04
Ulduz futbolçu mövsümü bitirdi?

“Nyukasl”ın yeni transferi Kiran Trippier mövsümü başa vura bilər.

Apasport.az saytının məlumatına görə, bunu baş məşqçisi Eddi Hou deyib.

Çalışdırıcı təcrübəli müdafiəçinin zədəsinin ciddi olduğunu açıqlayıb: “Ümid edirik ki, Kiran mövsümün sonuna qədər qayıdacaq. Ancaq ciddi zədəsi olduğu aydındır. Trippierin bərpa prosesindən asılı olacaq”.

Qeyd edək ki, Kiran Trippier ötən ay “Atletiko”dan transfer olunub. 31 yaşlı ingilis futbolçu yeni komandasının heyətində 5 matçda 2 qol vurub.