Ulduz futbolçu yeni klubu ilə müqavilə bağladı
21.02.2022 - 14:38
İngiltərə millisinin sabiq futbolçusu Cek Uilşirin klubsuz günləri başa çatıb.
Apasport.az saytının məlumatına görə, “Arsenal”ın yetirməsi karyerasını Danimarkada davam etdirəcək.
Ötən mövsümün sonunda “Bornmut”dan ayrılan və həmin vaxtdan klubsuz qalan 30 yaşlı yarımmüdafiəçi “Orxus”la anlaşıb. Ulduz futbolçu yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Cek Uilşir 2008-2018-ci illərdə “Arsenal”ın əsas komandasında çıxış edib.
0
0