Ulduz futbolçunun karyerasında 800-ci oyun
17.02.2022 - 12:55
Ulduz futbolçunun karyerasında 800-ci oyun

Çempionlar Liqasının 1/8 final mərhələsində “İnter”lə ilk oyun “Liverpul”un yarımmüdafiəçisi Ceyms Milner üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, komandasının səfərdə 2:0 hesablı qələbə qazandığı görüş 36 yaşlı futbolçunun yubileyi ilə yadda qalıb.

86-cı dəqiqədə meydana daxil olan Milner karyerasında 800-cü matçına çıxıb. Bunun yalnız 275-i “Liverpul”un payına düşür. İngilis “Mançester Siti”də 203, “Nyukasl”da 136, “Aston Villa”da 126, “Lids”də 54, “Suindon”da isə 6 oyun keçirib. 20 illik peşəkar karyerası ərzində Milner mövsümdə orta hesabla 40 matça çıxıb.

Qeyd edək ki, Ceyms Milner 2015-ci ildən “Liverpul”da çıxış edir.