Veteranla yeni müqavilə
09.05.2022 - 17:48
Veteranla yeni müqavilə

“Atletik” yarımmüdafiəçisi Raul Qarsia ilə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı veteran daha bir il Bilbao klubunda çıxış edəcək.

Onun yeni anlaşması 2022/23 mövsümünün sonunadək nəzərdə tutulub. O, 2015-ci ildə “Atletiko”dan “Atletik”ə keçib.

Qeyd edək ki, Raul La Liqadakı oyun sayında 3-cü yerdədir. O, yalnız Xoakin Sançes (597) və Andoni Subisdarettadan (622) geri qalır.