Veynaldum “topçu” olur
09.12.2021 - 17:41
Veynaldum “topçu” olur

PSJ-nin futbolçusu Jorjinyo Veynaldum karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Arsenal”ın hədəfindədir.

London təmsilçisi 31 yaşlı niderlandlını mövsümün sonunadək icarəyə götürməyi planlaşdırır. Fransalılar isə hələlik oyunçunu buraxmaq niyyətində deyil.

Qeyd edək ki, Veynaldum cari mövsümdə 20 matçda 3 qol vurub.