Vinisyus qərarını açıqladı
10.12.2021 - 21:57
“Real”ın hücumçusu Vinisyus Junior uzun illər komandada qalmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu özü də bunu gizlətməyib.
21 yaşlı forvard hətta yeni müqavilə imzalamaq arzusunu da dilə gətirib: “Mənim transfer qiymətim? Heç nə ödəməmək daha yaxşıdır. Çünki “Real”da qalmaq daha gözəldir. Hələ uzun illər bu klubun formasını geyinmək istəyirəm”.
Qeyd edək ki, Vinisyus Juniorun “Real”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
0
0