Vüsal İsgəndərli 80 dəqiqə oynadı, komandası xal qazandı
14.12.2021 - 17:15
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyədə növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin komandası “Keçiörengücü” TFF I Liqasında XVII tur matçına çıxıb.
Ankara təmsilçisi Manisada eyniadlı komandanın qonağı olub. Qarşılaşmada iki qarşılıqlı qol vurulub. Əvvəlcə 57-ci dəqiqədə qonaqlar önə keçib, az sonra ev sahibləri status-kvonu bərpa edib. 1:1 hesabı ilə yekunlaşan qarşılaşmada İsgəndərli 80 dəqiqə meydanda olub.
Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran “Keçiörengücü” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşır.
0
0