Vüsalın komandası yenə uduzdu
26.12.2021 - 21:58
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Keçiörəngücü” növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, 1-ci liqada çıxış edən təmsilçimizin komandası “Ankaragücü”nün qonağı olub.
Səfər oyununda “Keçiörəngücü” hesabı açıb. İlk yarıda fərqlənən qonaqlar üstünlüyünü qoruya bilməyib. Hər hissədə bir qol vuran Ankara klubu əzmkar qələbə qazanıb.
Vüsal bu görüşə start heyətində çıxıb. O, matçın 80-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, 18 oyunda 19 xal toplayan “Keçiörəngücü” turnir cədvəlində 16-cı sırada qərarlaşıb.
0
0