XXI əsrdə ən çox penalti qaçıranlar – “5-lik”
26.12.2021 - 12:47
XXI əsrdə ən çox penalti qaçıranlar – “5-lik”

XXI əsrdə penalti zərbəsini ən çox qaçıran futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda yer alan 5 oyunçudan yalnız ikisi karyerasını bitirib.

Cədvəldə ilk iki sıranı Lionel Messi ilə Kriştiano Ronaldo tutur. Argentinalı 132 zərbədən 29-nu qolla tamamlaya bilməyib ki, bununla ilk pillədə qərarlaşır. Portuqaliya millisinin lideri isə əzəli rəqibindən cəmi 1 top geri qalır. Ronaldo 171 cəhdin 143-ə toru silkələməyi bacarıb.

İlk “beşlik”də yer alanlardan karyerasını davam etdirən digər ulduz isə isveçli hücumçu Zlatan İbrahimoviçdir.

1. Lionel Messi - 29
2. Kriştiano Ronaldo - 28
3. Françesko Totti - 18
4. Zlatan İbrahimoviç - 16
5. Antonio Di Natale - 14