XXI əsrin məğlubedilməzləri
05.05.2022 - 13:48
XXI əsrin məğlubedilməzləri

Çempionlar Liqasının final oyununda “Real” və “Liverpul” üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, İspaniya klubları avrokubokların XXI əsrdə keçirilən finallarında başqa ölkə təmsilçilərinə uduzmayıb.

2001-ci ildən indiyədək 16 belə final baş tutub. İspaniyalılar bu görüşlərin hamısında qələbə qazanıb.

Tarixi ərzində 16 dəfə final oynayan “Real” 13 dəfə kuboka sahib çıxıb. Madridlilərin son məğlubiyyəti 1981-ci ildə qeydə alınıb. 41 il əvvəl “Liverpul” 1:0 hesablı qələbəyə sevinib. Son 7 finalda isə “Real” qalib gələn tərəf olub.

Qeyd edək ki, mövsümün final matçı mayın 28-də keçiriləcək.