Xavi sabiq komanda yoldaşını gətirir
18.12.2021 - 21:53
Xavi sabiq komanda yoldaşını gətirir

“Barselona”nın sabiq futbolçusu Mark Bartra yenidən Kataloniya klubunda çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, hazırda “Betis”də çıxış edən müdafiəçi ilə İspaniya nəhəngi arasında danışıqlara start verilib.

Klubun nümayəndələri 30 yaşlı futbolçunun transferini reallaşdırmaq istəyir. Baş məşqçi Xavi vaxtilə birgə çıxış etdiyi oyunçunu sərəncamında görməkdə maraqlıdır.

Qeyd edək ki, Bartra 2018-ci ildə Dortmund “Borussiya”sından “Betis”ə keçib. O, 2010-16-cı illərdə “Barselona”da çıxış edib.