Xavi: “Onu saxlayacağıq”
06.05.2022 - 16:39
“Barselona” yarımmüdafiəçisi Qavi ilə yeni müqavilə imzalayacaq.
Apasport.az saytının məlumatına görə, bunu Kataloniya klubunun baş məşqçisi Xavi açıqlayıb.
O bildirib ki, 17 yaşlı orta sahə oyunçusunun meneceri ilə danışıqlar son mərhələdədir: “Hər iki tərəf əməkdaşlığı davam etdirmək istəyir. Qavini saxlamaq bizim üçün çox vacibdir və bunu edəcəyik. O, klubun gələcəyinin bir hissəsidir. Qavinin meneceri ilə əla münasibətim var. Danışıqlar başa çatmaq üzrədir”.
Qeyd edək ki, bu mövsüm 43 matçda iştirak edən Qavinin hazırkı müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
0
0