“Barselona” dörd futbolçusu ilə vidalaşır.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Xavi qış transfer pəncərəsində vidalaşmaq istədiyi oyunçuları müəyyənləşdirib.
“Sevilya”dan icarəyə götürülən Lük de Yonq üçün yeni klub tapılmasa, futbolçunun vaxtından əvvəl geri qaytarılması üçün vəsait ödənilməlidir. Filippe Koutinyo komandanın taktikasına uyğun gəlmədiyi üçün göndəriləcək.
Xavinin vidalaşmaq istədiyi digər oyunçular Samuel Umtiti və Netodur. Bu dörd futbolçunun gedişi maaş cədvəlində də yükləməni aradan qaldıracaq.
Qeyd edək ki, La Liqada 17 oyunda 27 xal toplayan “Barselona” 7-ci sırada qərarlaşıb.