Yarmolenko Premyer Liqa klubunu tərk edir
12.05.2022 - 17:37
Ukrayna millisinin futbolçusu Andrey Yarmolenko “Vest Hem”i tərk edəcək.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubunun hücumçusu mövsümün sonunda özünü yeni komanda axtarışına çıxacaq.
İngiltərə klubu ilə forvard yeni müqavilə imzalamamağa qərar verib. Onun hazırkı anlaşması isə 2022-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, Yarmolenko “Vest Hem”ə 2018-ci ilin yayında Dortmund “Borussiya”sından keçib. Onun transferi üçün 20 milyon avro ödənilib.
0
0