“Oyuna yaxşı hazırlaşmışıq. İtkilərimiz var”.
Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan kubokunun 1/8 final mərhələsində “Sabah”la keçiriləcək oyun barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis Premyer Liqa təmsilçisi ilə duelin çətin olacağını söyləyib: Çempionatdakı ötən turu nəzərə almasaq, “Sabah” son matçlarda yaxşı nəticələr qazanıb, onlarda ruh yüksəkliyi var. Rəqibimiz güclüdür. Cari mövsümdə görüşəcəyimiz ən güclü komanda olacaq. Səfərdə oynayacağıq, bizi çətin, gərgin mübarizə gözləyir. Çalışacağıq ki, yaxşı oyun, xarakter göstərək, layiqli şəkildə mübarizə aparaq. Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə səy göstərəcəyik”.
Qeyd edək ki, bu gün “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Kəpəz” matçı saat 18:00-da başlayacaq.