Azərbaycan futbolunda 3-cü dəfə yüksək dəstə komandası şəhərini dəyişəcək.
Apasport.az saytının məlumatına görə, bu dəfə “Keşlə” Bakını tərk edir.
Qəsəbə təmsilçisi paytaxtdan kənara üz tutan ikinci komandadır. Keşlənin eyniadlı komandası 2022-ci ildən “Şamaxı” adlanaraq eyniadlı şəhəri təmsil edəcək.
Bakıdan kənara çıxan ilk komanda “Standard” olub. Paytaxt təmsilçisi 2009-cu ildə elə də uzağa deyil, Sumqayıta üz tutub. Adı dəyişdirilməyib “Gənclik şəhəri”ni təmsil edən “Standard”ın ömrü uzun olmayıb. Komanda 2009-cu ildə köçdüyü Sumqayıtda cəmi 1 il yaşayıb.
Yüksək liqamızda ilk köç isə indiki “Qəbələ” ilə bağlıdır. 2005/06 mövsümündə 1-ci dəstənin qalibi olan “Gilan” Xanları təmsil edirdi. Premyer Liqaya vəsiqə qazanan komanda elitada Qəbələ təmsilçisi kimi çıxış etməyə başladı və bir il sonra şəhərin adını özünə götürdü.