Yeni rekordlar, komanda xətrinə komandalar, bəh-bəhli “Sabah”la “Sumqayıt”
14.02.2022 - 12:30
Yeni rekordlar, komanda xətrinə komandalar, bəh-bəhli “Sabah”la “Sumqayıt”

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Azərbaycan kubokunda 1/4 final mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, yalnız Premyer Liqa təmsilçilərinin çıxış etdiyi raundun qarşılaşmaları yarımfinala dörd vəsiqənin sahibini müəyyənləşdirib.

Çempionatın turnir cədvəlində ilk 4 pillədə qərarlaşanlar aşağı sıralardakı rəqiblərini mübarizədən kənarlaşdırıb. Yalnız “Qəbələ” minimal üstünlüklə “Sumqayıt”ı üstələyib – 1:0, 1:1. “Neftçi” “Sabah”dan iki (1:1, 3:1), “Zirə” “Səbail”dən altı (4:0, 3:1) top güclü olub. “Qarabağ” isə ümumiyyətlə “Keşlə”ni “topa tutub” – 1:0, 6:0.

Bu mərhələnin görüşlərindən sonra Azərbaycan kubokunda bir sıra maraqlı statistik göstəricilər qeydə alınıb. Yarışın tarixi ilə bağlı rekord və antirekordlar yenilənib.

“Neftçi” və “Qarabağ”dan rekord
Kuboku ən çox qazanan iki komanda yarımfinal sayında da rekorda imza atıb. Söhbət “Neftçi” ilə “Qarabağ”dan gedir. Turnirin altıqat qalibləri 18-ci dəfə 1/4 final səddini adlayıb. Bu, kubokun yeni rekordudur. Bunadək də ən yüksək göstəriciyə şərik olan cütlük öz rekordunu yeniləməyə müvəffəq olub.

30-cu mövsümdə 30-cu olmadı
1/4 final mərhələsi yarımfinalda yeni ad olmasına imkan verməyib. Yalnız iki komanda “Sabah”la “Səbail” ilk müəllifi olmaq imkanına malik idi. Lakin onlardan heç biri bunu bacarmayıb. Əvvəlki 29 mövsümdə 29 komanda yarımfinalçı adını qazanıb. Yubiley – 30-cu mövsüm bu rəqəmin 30-a çatması üçün yetmədi. Rekordçuları izləyən “Keşlə”nin büdrəməsi ilə fərq 1/3 həddindədir. Yəni “Neftçi” və “Qarabağ”ın yarımfinala vəsiqələrinin 2/3-nə malik keşləlilər get-gedə uzaq düşür. 9-cu dəfə 1/4 səddini keçən “Qəbələ” “Bakı”nı arxada qoyaraq 4-cü pilləni ələ keçirib. “Zirə” isə “Sumqayıt”a çatıb.
1-2. Neftçi - 18
1-2. Qarabağ - 18
3. Keşlə - 12
4. Qəbələ - 9
5-6. Bakı - 8
5-6. Xəzər Lənkəran - 8
7. Kəpəz - 5
8-9. Sumqayıt - 4
8-9. Zirə - 4
10-12. Turan - 3
10-12. Kür-Nur - 3
10-12. Xəzri - 3
13-16. Şüvəlan - 2
13-16. Şəmkir - 2
13-16. İnşaatçı (Bakı) - 2
13-16. MKT-Araz - 2
17-29. Şəfa - 1
17-29. Xəzər (Sumqayıt) - 1
17-29. ANS Pivani - 1
17-29. Simurq - 1
17-29. Bakılı - 1
17-29. Viləş - 1
17-29. Rəvan - 1
17-29. Karvan - 1
17-29. Xəzər (Lənkəran) - 1
17-29. İnşaatçı (Sabirabad) - 1
17-29. Tərəqqi - 1
17-29. Fərid - 1
17-29. Göyəzən - 1

“Səbail” antirekorda şərik çıxdı, “Sabah”da yaxındadır
“Səbail”lə “Sabah” Azərbaycan kubokunda 1/4 sindromu yaşayır. Bu klublar heç vaxt bir addımlığında olduğu yarımfinala yüksəlməyib. Ümumilikdə 16 klub 1/4-də oynasa da, bundan uzağa getməyib. Bunadək antirekord MOİK-ə məxsus idi. Beş dəfə yarımfinalın astanasında olan Ordu klubu hər dəfə yarışla vidalaşıb. “Səbail” “Zirə”yə uduzmaqla bu nəticəni təkrarlayıb. Düzdür, ötən əsrin 90-cı illərində də 1/4 finalda dayanan “Səbail” adlı klub olub. Lakin Bakını təmsil edən iki eyniadlı klub arasında bağlılıq yoxdur və ayrı komandalardır. Elə “Sabah”da uzaqda deyil. Paytaxt təmsilçisi hər il yarımfinal arzusunu sabaha təxirə salır.
1-2. MOİK - 5
1-2. Səbail - 5
3-4. Gənclərbirliyi - 3
3-4. Sabah - 3
5-7. Pambıqçı (Bərdə) - 2
5-7. Şahdağ (Qusar) - 2
5-7. Standard  - 2
8-16. Çıraqqala - 1
8-16. Pambıqçı (Neftçala) - 1
8-16. Avtomobilçi - 1
8-16. Azərsun - 1
8-16. Karat - 1
8-16. Real - 1
8-16. Səbail* - 1
8-16. Abşeron - 1
8-16. Araz-Naxçıvan - 1

“Neftçi”nin antirekordu
“Neftçi” 1/4 finalda kubok arzusu ilə ən çox vidalaşan komandadır. Bakılılar 12 dəfə bu raundda dayanıb. Cari mövsümün uğursuzlarından “Keşlə” 6-ya çatıb. Ümumilikdə isə 39 komanda ən azı bir dəfə 1/4 finalda “ilişib”.
1. Neftçi - 12
2. Kəpəz - 9
3-4. Bakı - 7
3-4. Turan - 7
5. Keşlə - 6
6-9. Qarabağ - 5
6-9. Qəbələ - 5
6-9. Şüvəlan - 5
6-9. MOİK - 5
6-9. Səbail - 5
10-13. Xəzər Lənkəran - 4
10-13. Sumqayıt - 4
10-13. Şəfa - 4
10-13. Xəzər (Sumqayıt) - 4
14-18. Zirə - 3
14-18. ANS Pivani - 3
14-18. Simurq - 3
14-18. Gənclərbirliyi - 3
14-18. Sabah - 3
19-25. Şəmkir - 2
19-25. Bakılı - 2
19-25. Viləş - 2
19-25. Rəvan - 2
19-25. Pambıqçı (Bərdə) - 2
19-25. Şahdağ (Qusar) - 2
19-25. Standard  - 2
26-39. İnşaatçı (Bakı) - 1
26-39. MKT-Araz - 1
26-39. Karvan - 1
26-39. Xəzər (Lənkəran) - 1
26-39. Çıraqqala - 1
26-39. Pambıqçı (Neftçala) - 1
26-39. Avtomobilçi - 1
26-39. Azərsun - 1
26-39. Karat - 1
26-39. Real - 1
26-39. Səbail* - 1
26-39. Abşeron - 1
26-39. Araz-Naxçıvan - 1

Qarşısıalınmazlar
Azərbaycan kuboku tarixində 6 klub var ki, 1/4 finala yüksəlməsi yarımfinala adlamasına bərabərdir. Onlar bu mərhələdə heç vaxt dayanmadığından 1/4 finalın qarşısıalınmazı sayılır. Lakin bu 6 komandadan dördü yalnız bir cəhddə bunu doğruldub. “Kür-Nur”la “Xəzri” daha çox – hərəyə üç dəfə buna nail olub.
1-2. Kür-Nur - 3
1-2. Xəzri - 3
3-6. İnşaatçı (Sabirabad) - 1
3-6. Tərəqqi - 1
3-6. Fərid - 1
3-6. Göyəzən - 1

Legionersiz
“Sabah”ın Murad Musayevi, “Sumqayıt”ın Aleksey Baqanı necə bəh-bəhlə gətirməsi hamıya məlumdur. Hər iki legioner məşqçi üçün əsas hədəf kubokla bağlı olub. Lakin legionerlərin komandası 1/4 finaldan o yana getməyib. Artıq 4-cü mövsümdür ki, yarımfinal əcnəbi baş məşqçisiz keçəcək. Sonuncu dəfə Roman Qriqorçuk və Yuri Maksimov bu raunda qədər irəliləyib. Buna 2017/18 mövsümündə təsadüf olunub. Maksimov “Keşlə”ylə həmin il kuboku da qazanıb.

Musayevlə Baqa üçün xəyal, Sxadadze üçün adi hal
İndiyədək Azərbaycan kubokunun yarımfinalında 20 əcnəbi baş məşqçi iştirak edib. Onlardan üçü 1/4 final görmədən sələfinin yerinə birbaşa yarımfinala gətirilib. Əvəzində bir mütəxəssis də komandasını 1/4-dən növbəti mərhələyə daşısa da, özü də vətəninə daşınıb. 17 çalışdırıcı isə həm 1/4-dəki uğurda, həm yarımfinalda iştirak edib. Mütləq rekord Kaxaber Sxadadzeyə məxsusdur. Onun dörd dəfə yarımfinala çıxmasına həm Murad Musayev, həm Aleksey Baqa həsəd apara bilər. Ukraynalılar Valentin Xodukinlə Roman Qriqorçukun aktivində üç yarımfinal var.
1. Kaxaber Sxadadze - 4
2-3. Valentin Xodukin - 3
2-3. Roman Qriqorçuk - 3
4. Zaur Svanadze - 2
5-17. Rasim Kara - 1
5-17. Anatoli Konkov - 1
5-17. Viktor Pasulko - 1
5-17. Qyoko Hacıyevski - 1
5-17. Anatoli Demyanenko - 1
5-17. Mirça Rednik - 1
5-17. Aleksandr Starkov - 1
5-17. Georgi Çixradze - 1
5-17. Yuri Syomin - 1
5-17. Mustafa Dənizli - 1
5-17. Bojidar Bandoviç - 1
5-17. Güvənc Kurtar - 1
18-20. Cüneyt Biçər – 1**
18-20. Yuri Maksimov – 1**
18-20. Con Toşak – 1**
21. Bülənt Korkmaz – 1***

Qeyd: * - eyni adı daşıyan fərqli komanda, * - 1/4 finalda iştirak etməsə də yarımfinal öncəsi təyin olunub, ** - komandanı yarımfinala çıxarsa da, sonradan istefa verib.

Vüqar Xeyrullayev

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur