Yeni stadiona Sadio Manenin adı veriləcək
12.02.2022 - 12:02
Seneqalda futbol stadionuna Sadio Manenin adı veriləcək.
Apasport.az saytının məlumatına görə, milli komandanın və “Liverpul”un hücumçusunun adı əbədiləşdiriləcək.
Bunu Seneqalın Sediu şəhərinin meri Abdulay Diop açıqlayıb. O bildirib ki, Manenin doğma şəhərində inşa olunan yeni arena ulduzun adını daşıyacaq. Bu stadionun açılışı 2023-cü ildə gerçəkləşəcək.
Qeyd edək ki, Seneqal millisi ötən həftə tarixində ilk dəfə Afrika çempionu olub.
0
0