“Nyukasl” yeni transferi Kiran Trippyerin xidmətindən məhrum qalıb.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu bir müddət komandadan uzaq qalacaq.
İngiltərə millisinin üzvü Premyer Liqanın XXV turunda “Aston Villa” üzərində 1:0 hesablı qələbə qazandıqları qarşılaşmada yeganə qola imza atsa da, fasilədən sonra zədələnərək əvəzlənib. Klub 32 yaşlı müdafiəçinin sol ayağında qırıq aşkarlandığını açıqlayıb. Təcrübəli futbolçu 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, qış fasiləsində “Atletiko”dan alınan Kiran Trippyer “Nyukasl”ın heyətində keçirdiyi 4 oyunda 2 qol vurub.