Yetirməsi “Barselona”dan ayrılacaq
17.02.2022 - 22:14
“Barselona”nın müdafiəçisi Serxi Robertonun gələcəyi qeyri-müəyyən olaraq qalır.
Apasport.az saytının məlumatına görə, müqavilənin uzadılması ilə bağlı danışıqlar dayandırılıb.
Bütün bunlar ondan xəbər verir ki, 30 yaşlı sağ cinah oyunçusu gələn mövsüm başqa klubda çıxış edəcək. İspaniya millisinin üzvü Kataloniya təmsilçisində qalmaq üçün maaşının 50 faiz endirilməsinə razı olmalıdır. Baş məşqçi Xavi Ernandes də onun qalmasının tərəfdarıdır. Ancaq Roberto bu təklifi rədd edib.
Qeyd edək ki, Serxi Robertonun “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.
0
0