Yığmamız Türkiyəyə rəqib oldu
08.12.2021 - 13:52
Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, püşkün nəticəsinə əsasən, yığmamız Türkiyə, Bolqarıstan və Lüksemburq komandaları ilə 2-ci qrupda mübarizə aparacaq.
Qrup mərhələsinin oyunları gələn ilin sentyabr ayında Bolqarıstanda təşkil olunacaq.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2023-cü ildə Maltada keçiriləcək.
0
0