Azərbaycanda məşqçi biznes fəaliyyəti göstərir.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, bu mütəxəssis mini-futbol üzrə millinin “sükançısı”, yaxınlarda “Neftçi” İK-yə keçən Elşad Quliyevdir.
Futzal üzrə Yüksək Liqada mübarizə aparan klubda İlqar Aslanovu əvəzləyən Quliyev armatur zavodu açıb. Müəssisə Lökbatan qəsəbəsi ərazisində yerləşir. Burada Türkiyədən dəvət olunmuş mütəxəssislər çalışır.
Elşad Quliyev keçmiş futbolçudur. 15 ilə yaxındır ki, məşqçilik həyatındadır. Əvvəl həm “Muğan”, həm də “Rəvan”da işləyib.
Klubun əvəzedicilərdən ibarət heyətinə də rəhbərlik edib. Bir ara özünü “İnter”in akademiyasında sınayıb.
Futzalda da nailiyyətləri var. “Fənər”lə Azərbaycan çempionatının gümüş medallarını qazanıb.
“Marafon”la iki dəfə ölkə kubokunu əldə edib. Bu komanda ilə iki dəfə Yüksək Liqanın gümüş medallarına sahib çıxıb.