Yığmamızın baş məşqçisi: "Onları oyun üslubumuza alışdırmaq üçün vaxt lazımdır"
18.12.2021 - 20:29
Yığmamızın baş məşqçisi: "Onları oyun üslubumuza alışdırmaq üçün vaxt lazımdır"

“Əslində, oyunun bu şəkildə keçəcəyini gözləyirdim. Çünki 5-6 gün məşq etmək bu cür oyuna hazırlaşmaq baxımından azdır”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio deyib.

Braziliyalı mütəxəssis Ukrayna ilə yoldaşlıq oyunundan sonra matç barədə fikirlərini açıqlayıb. O, 0:4 hesablı məğlubiyyətə belə şərh verib: “Legioner həyatı yaşayan futzalçılarımız 6-7 aydır ki, öz klublarındakı baş məşqçilərinin taktiki sxemi əsasında oynayırdılar. Onları öz oyun üslubumuza alışdırmaq üçün vaxt lazımdır. Bolinyanın qırmızı vərəqə alması da işimizi çətinləşdirdi. Ona qədər hadisələr istədiyim kimi cərəyan edirdi. Ondan sora səhvlərimiz çoxaldı. Ardıcıl səhvlərin nəticəsində isə qollar buraxdıq. Bu cür oyunlar da həmin səhvləri aşkarlamaq üçündür. Daha çox işləməli, vacib turnirə hazırlaşmalıyıq. Bu rəqiblə daha bir oyun keçirəcəyik. Nələrisə dəyişməyə çalışacağıq”.