Yığmamızın oyunlarının təqvimi açıqlandı
14.12.2021 - 11:30
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının ikinci seçmə mərhələsində keçirəcəyi oyunların tarixi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, B liqasından A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq yığmamız 1-ci qrupda Şimali İrlandiya, Farer adalar və Malta komandaları ilə qarşılaşacaq.
Bu qrupun oyunları gələn ilin aprel ayında Şimali İrlandiyada təşkil olunacaq. Millimiz aprelin 6-da Farer adaları, 9-da Malta, 12-də isə Şimali İrlandiya komandası ilə üz-üzə gələcək.
0
0